Qarabağın erməni icması ilə görüş Bakıda keçirilə bilər

12:07 - 13.03.2023


13 mart, Fineko/abc.az. Prezidentin Administrasiyası Qarabağın erməni ictimaiyyətinin nümayəndələrini reinteqrasiya ilə bağlı təmasların davam etdirilməsi, habelə Qarabağda infrastruktur layihələrinin reallaşdırılması məsələlərinin müzakirəsi üçün ikinci görüşə dəvət edir.

ABC.AZ xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Administrasiyası məlumat yayıb.

Görüşün yaxın günlərdə Bakı şəhərində keçirilməsi təklif olunur.

Bütün xəbərlər