AMB 300 milyon AZN həcmində qısamüddətli notlar yerləşdirib

17:35 - 20.06.2018


20 iyun, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) bu gün qısamüddətli notların yerləşdirilməsi üzrə hərrac keçirib.

Bakı Fond Birjası xəbər verir ki, iyunun 20-də AMB  hərracda  50100270S nömrəli, 300 milyon manat həcmində, 28 gün müddətinə notlar təklif etmişdir.

13 investordan cəmi 431 368,2 min manat məbləğində 20 sifariş daxil olmuşdur. İnvestorlar notlar üçün 99,3812 manat (gəlirlik 8,01%) təklif etmişlər.

AMB-nin qərarına əsasən, istiqrazların kəsmə qiyməti və orta ölçülmüş qiyməti  eyni, yəni 99,3812 AZN (8.01%) səviyyəsində müəyyən edilmişdir. Nəticədə 300 milyon manat həcmində qısamüddətli notlar yerləşdirilmişdir.

Notların ödəmə tarixi: 18 iyul 2018-ci il.

 

Bütün xəbərlər