Şengen vizasının qiyməti 60 avrodan 80 avroya qədər artacaq

17:46 - 20.06.2018


20 iyun, Fineko/abc.az. Avropa İttifaqı (Aİ) Komitəsi daimi nümayəndələrin səviyyəsində Avropa Parlamenti ilə Şengen Məcəlləsinə düzəlişlərin edilməsi haqqında Avropa  Parlamenti ilə  danışıqlara dair Aİ Şurasının mandatını təsdiqlədi.

Qurumun saytında bildirilir ki, dəyişikliklər miqrantların axınını saxlamaq, səyahətçilər üçün vizaların verilməsi prosedurunu sadələşdirmək üçün nəzərdə tutulmuşdur, habelə Aİ-na, vətənə qeyri-leqal  giriş edənləri geri qaytarmağa və öz vətəndaşlarını geri qəbul etməyən ölkələrə təzyiq göstərməyə imkan verəcək.

“Şengenin əsas qiyməti 60 avrodan 80 avroya qədər artacaq, Aİ ilə viza rejiminin sadələşdirilməsi haqqında  sazişləri olan ölkələr üçün qiymət 30-40 avroya yüksələcək.  Bundan əlavə, Aİ, hər üç ildən bir vizaların qiymətinə təkrar baxmağa imkan verəcək xüsusi mexanizm tətbiq edəcək”, - məlumatda belə deyilir.

 

Bütün xəbərlər