Bu qədər daşınmaz əmlaka çıxarış verilib

10:14 - 15.03.2023


15 mart, Fineko/abc.az. Bu ilin yanvar-fevral aylarında İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti 80 274 daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatını aparıb.

ABC.AZ quruma istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 59,6% çoxdur.

2 aylıq qeydiyyatın 13 613-ü və yaxud 17 %-i ilkin, 66 661-i və yaxud 83 %-i isə təkrar qeydiyyatın payına düşüb. Bunlar isə 1 il əvvələ nisbətən müvafiq olaraq 16,5 % və 72,6 % çoxdur.

Hesabat dövründə mülkiyyət hüquqlarının qeydiyyatı aparılmış əmlaklardan 7 300-ü fərdi yaşayış və bağ evi, 13 915-i mənzil, 57 297-si torpaq sahəsi, 506-sı qeyri-yaşayış binası, 1 141-i qeyri-yaşayış sahəsi, 89-u əmlak kompleksi, 26-sı isə çoxmərtəbəli yaşayış binasıdır. Dövlət qeydiyyatına alınan daşınmaz əmlakların 13 803-ü Bakı şəhərinin, qalanı isə bölgələrin payına düşüb.

Bütün xəbərlər