“Azərbaycan Dəmir Yolları” yeni yoldəyişənlər quraşdırır

21.06.2018,10:23


21 iyun, Fineko/abc.az. “Azərbaycan Dəmir Yolları” QSC (ADY) Bakı-Böyük Kəsik xəttinin 600 km yolunun əsaslı təmirini davam etdirir.

ADY-in  məlumatında deyilir ki, eyni zamanda, 2016-cı ilin sentyabr ayından stansiyalarda  5 və 11 saylı “İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi” MMC-lər yeni yoldəyişənlərin quraşdırılması üzrə işlər aparır.

İlk belə yoldəyişən 9 sentyabr  2016-cı ildə quraşdırılıb və bu günə kimi 170 yoldəyişən yenisi ilə əvəz olunub.

Hazırda Qobustan və Hacıqabul stansiyalarında 4 ədəd yoldəyişən qurğunun əsaslı təmiri aparılır.  İşlər mərhələli şəkildə davam etdiriləcək. Prosesi 5 saylı “İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi”  MMC-nin kollektivi həyata keçirir.

 

Açar sözlər: ADY