“PAŞA Sığorta” ASC-nin İdarə Heyətinin sədri ASA-nın da sədri oldu

12:00 - 17.03.2023


17 mart, Fineko/abc.az. Ötən gün Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) Müşahidə Şurasının növbədənkənar iclası keçirilib.

ASA-dan ABC.AZ-a verilən məlumata görə,  təsisçilər tərəfindən Müşahidə Şurasının sədri postuna namizədliyi irəli sürülən “PAŞA Sığorta” ASC-nin İdarə Heyətinin sədri Ülviyyə Cabbarova səsvermə nəticəsində Şura üzvləri tərəfindən yekdilliklə dəstəklənib.

Qeyd edək ki, “Atəşgah” Sığorta Şirkəti ASC-nin sabiq sədri Azər Əliyevin ASA-nın Müşahid Şurasındakı sədrlik vəzifəsinin səlahiyyət müddəti 30 dekabr 2022-ci il tarixdə başa çatdığı üçün o, bu postdan ayrılmışdı.

Əlavə edək ki, Azərbaycanda fəaliyyət göstərən 5 həyat, 14 qeyri-həyat, 1 aqrar və 1 təkrarsığorta olmaqla bütün sığorta şirkətləri, o cümlədən 2 sığorta brokeri şirkəti Azərbaycan Sığortaçılar Assosiasiyasının üzvüdür.

Bütün xəbərlər