Ümidlərin böyük olduğu Azərbaycan sığorta BAZARI

09:32 - 27.03.2023


27 mart, Fineko/abc.az. "Bu yazı Azərbaycan Sığortaçılar Assosiasiyasının “Müasir Azərbaycan    iqtisadiyyatının inkişafında sığortanın rolu: mövcud vəziyyət və perspektivlər” mövzusunda təşkil etdiyi yazı müsabiqəsi üçün yazılıb.
Uzun zaman SSRİ-nin tərkibində müxtəlif xalqlarla birgə yaşamış, bütün çətinliklərə baxmayaraq mövcudluğunu qoruyub saxlamağı bacarmış Azərbaycan artıq müstəqildir. Təbii ki, ölkəmizin mövcudluğunu qoruyub saxlamasında, yox olub getməməsində Ulu Öndər Heydər Əliyevin böyük əməyi olub. Məhz onun qətiyyətli siyasətinin nəticəsidir ki, bu gün Azərbaycan bayrağı ən mötəbər qurumların, təşkilatların önündə dalğalanır, ölkəmiz tanınır və sevilir. Ulu Öndər H.Əliyev Azərbaycan müstəqilliyinə qovuşduqdan sonra ölkəmizi tək siyasi arenada deyil, həm də iqtisadi sferalarda təmsil etmiş, xarici investorların dövlətimizin iqtisadiyyatına  sərmayə qoymasında ciddi işlər görmüşdür. Bir zamanlar xarici donor təşkilatların maliyyə yardımından asılı olmuş Azərbaycan məhz Ulu Öndər H.Əliyevin uzaqgörən siyasəti və onun uğurlu davamçısı Prezident İlham Əliyevin qabaqcıl siyasəti nəticəsində ölkəmiz özü artıq donor kimi çıxış edir, başqa ölkələrdə həyata keçirilən böyük layihələrə maliyyə krediti ayırır. Prezident İ.Əliyevin iqtisadi sahəni çox gözəl təhlil etmə bacarığı, kadr islahatarı sayəsində artıq Azərbaycan iqtisadiyyatı ciddi inkişaf mərhələsindədir. Təbii ki, bu inkişaf sığorta sektorundan da yan keçməyib. Belə ki, Azərbaycan liderinin sözügedən sahənin inkişaf etdirilməsi istiqamətində zaman-zaman tapşırıq və tövsiyyələrinin şahidi oluruq. Məsələn, bir müddət əvvəl Mərkəzi Bank rəhbərliyində dəyişikliyin baş tutması, Bank və maliyyə bazarlarını mükəmməl bilən Taleh Kazımovun ölkənin əsas Bankına sədr təyin edilməsi əksər ekspert və bu sektordakı kadrlar tərəfindən müsbət qarşılandı. Əvvəldən çoxları bu təyinatın uğurlu və maliyyə bazarlarının inkişafına təkan olacağını düşünürdü və zaman onların yanılmadığını göstərdi. T.Kazımovun Mərkəzi Banka sədr gəlməsindən sonra maliyyə bazarlarında bir sıra mühüm dəyişikliklər və canlanma hiss olunmağa başlandı. Şübhəsiz ki, sığorta sektorunda həmişə olduğu kimi, bu gün də müəyyən çatışmazlıqlar var və görünən odur ki, bu qısa müddətdə aradan qaldırıla bilməz, buna səbr və zaman lazımdır. Onlardan ən birincisi insalar arasında sığortaya marağın və inamın yaradılmasıdır ki, bu sahədə də hiss olunur ki, maarifləndirinci işlər həyata keçirilir. Mənfi hallardan biri sığorta sektorunda fəaliyyət göstərən şirkətlərin bir çox hallarda müşətərinin ödənişini düzgün həyata keçirməməsi və ya bundan yayınmağa cəhd etməsidir. Təbii ki, bütün bunlar insanlarda sığorta şirkətlərinə inamı minimuma endirir. Bəzən müştərilərin sığorta şirkətini aldatmağa cəhd etmələri, dəymiş zərər az olsa da, şirkətdən daha çox pul “qoparmaq” istəmələrinə də rast gəlinir. Ona görə də yuxarıda qeyd etdiyimiz kimi, buna bənzər hallar kompleks şəkildə həll olunmalıdır, maarifləndirici işlər daha çox aparılmalıdır. Təəssüf ki, Azərbaycanda sığrorta bazarının ən böyük hissəsi avtomobillərin icbari sığortasının payına düşür. Yəni, hazırda sığorta şirkətləri ən çox bu sığorta növüdnəki məhsulları sata bilir, bununla bazarda mövcudluqlarını saxlaya bilirlər. Amma, əcnəbi ölkələrə baxdıqda orada sığorta sektorunda məhsulların daha çox və bol çeşidli olduğunu görürük. Buna misal olaraq qardaş Türkiyəni göstərə bilərik. Sözügedən ölkədə sığortanın müxtəlif növləri inkişaf edib, hətta kənd təssərrüfatı və fermerlərə aid sığorta məhsulu da ən çox satılan sığorta növüdür. Hazırda Azərbaycan hökuməti də Türkiyə ilə bu istiqamətdə qarşılıqlı əməkdaşlıq edir və qardaş ölkənin iş təcrübəsi öyrənilir. Son zamanlar Mərkəzi Bank, Azərbaycan Sığortaçılar Assoisasiyası və İcbari Sığorta Bürosunun bu sektorda ciddi işlər gördüyü, Azərbaycanın sığorta sahəsinin böyüməsi, onun iqtisadiyyartımızın inkişafına töfhə verməsi istiqamətində apardığı işlər müşahidə olunur. İnanırıq ki, bütün bunlar ən qısa zamanda öz bəhrəsini verəcək, ölkəmizdə tək avtomobillərin icbari sığortası deyil, eyni zamanda digər sığorta məhsullarına da maraq artacaq və sığortanın iqtisadiyyatımızın inkişafında rolu və payı daha da böyüyəcək.


Müəllif: Elmir Murad

Bütün xəbərlər