Müəllimlərə ən çox maaş verən ölkələr - SİYAHI

10:38 - 27.03.2023


27 mart, Fineko/abc.az. Dünyada müəllimlərə ən çox əməkhaqqı verən ölkələrin siyahısı açıqlanıb.

ABC.AZ xəbər verir ki, siyahıya Avstraliya ilə başlayırıq. Belə ki, bu ölkədə 1-ci dərəcəli müəllim aylıq ortalama 2500 dollar qazanc əldə edir. Bu ölkədə müəllimlərin pensiya yaşı 55-dir. Fransada da müəlllimlərə 2500 dollar verilir. Təcrübəçi isə 1100 dollar maaş alır. Bu məbləğ 26 saat dərs yükünün qarşılığında verilir. Pensiya yaşı 60-dan yuxarıdır.
Almaniyadakı ümumtəhsil məktəblərində işləyən müəllimlərə orta hesabla 3,5 min avro əmək haqqı verilir. Ali məktəbdə çalışan müəllimlərə isə orta hesabla 4-4,5 min avro əmək haqqı alırlar.

Böyük Britaniyada aparıcı müəllimlərin maaşı 5000 dollardır. Əlavə dərs üçün heç bir ödəniş edilməməklə yanaşı, ixtisasa görə xüsusi güzəştlər də tətbiq olunmur. Böyük Britaniyada müəllimlər gündəlik olaraq plan yazırlar. Hətta valideynlər üçün də gündəlik hesabatlar hazırlayırlar.

ABŞ-da müəllimlərin əmək haqqısı orta hesabla 4-5 min dollar təşkil edir. Bu ölkədə müəllimlik qadın peşəsi olaraq tanınır.
Yaponiyada müəllimlərin aylıq əmək haqqısı 2,5-500 dollar təşkil edir. Bu ölkədə müəllimlik ən nüfuzlu peşə hesab edilir.

Bütün xəbərlər