“Hyundai” “Sonata”nı yenilədi - Detallar

11:52 - 27.03.2023


27 mart, Fineko/abc.az.
Cənubi Koreyanın avtomobil nəhəngi “Hyundai” özünün məşhur sedan avtomobili olan “Sonata”da ciddi yenilik həyata keçirib.

ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, bizi ön tərəfdə qarşılayan tam uzunluqlu işıqlandırma “2024 Sonata”nın arxasında da görünür. Arxa işıqlar, o cümlədən baqaj qapısı, gözəl bir xətt boyunca davam edir. Brend bu işıqlandırmanın ətrafına yerləşdirilən çərçivə ilə avtomobilə daha zərif görünüş qazandırıb.

“2024 Sonata”nın interyerinə baxdığımızda sürücü yönümlü konsol görürük. Brend ilk dəfə olaraq birləşmiş və əyri ekran komandasını seçib. İki 12,3 düymlük ekrana üstünlük verən “Hyundai” hər iki ekranda tam rəqəmsal və toxunma ekran təcrübəsi təqdim edir. Kondisioner-kontrol bölməsində başqa bir kiçik ekrana sahib olan avtomobilin ətraf işıqlandırması olduğu halda ötürmə düyməsi yoxdur. Beləliklə, daxili sahəsi genişlənib.


Bütün xəbərlər