FED yenidən faiz artımı üsuluna keçə bilər

12:16 - 27.03.2023


27 mart, Fineko/abc.az. “FED yenidən faiz artımı üsuluna keçə bilər”.

ABC.AZ xəbər verir ki, bunu St. Louis FED sədri Ceyms Bullard bildirib. O, qeyd edib ki, faiz dərəcəsinin 2023-cü ilin sonu üçün 5,75%-ə yüksələ biləcək.

ABŞ-da bankların müflisləşməsi FED-in faiz artımına və faizlərə ehtiyatlı yanaşmasına səbəb olub. St. Louis Fed-in prezidenti Ceyms Bullard ABŞ tənzimləyicilərinin cəld reaksiya verdiyini və bank böhranı səngidiyi üçün FED-in faiz dərəcələrini gözlənildiyindən daha çox artırmalı olacağını açıqlayıb.
Bullard, faiz dərəcəsinin 2023-cü ilin sonu üçün 5,75%-ə yüksələ biləcəyini açıqlayıb.

Bütün xəbərlər