Bu ölkələr dünyanın ən xoşbəxtləridir - Siyahı

12:25 - 27.03.2023


27 mart, Fineko/abc.az. Dünyanın ən xoşbəxt ölkələrinin siyahısının yer aldığı “World Happiness Report 2023” hesabatının yeni reytinqi açıqlanıb.

ABC.AZ-ın məlumatına görə, siyahıya ardıcıl olaraq 6-cı ildir ki, Finlandiya liderlik edir. Reytinq müxtəlif ölkələrdə insanların həyatlarından nə dərəcədə razı olduqlarını araşdırır. Finlandiya ilə yanaşı, ilk üçlüyə Danimarka və İslandiya daxil olub.
Bu il İsrail beş pillə irəliləyərək dördüncü, Hollandiya isə beşinci yerdə qərarlaşıb. İlk onluğa daxil olan digər ölkələr İsveç, Norveç, İsveçrə, Lüksemburq və Yeni Zelandiya olub.
Hesabatın tərtibatçıları həyatın qiymətləndirilməsində gəlir, sağlamlıq, insanların həyatında güvəniləcək kimsənin olması, həyati vacib qərarların qəbulunda azadlıq hissi, səxavət və korrupsiyanın olmaması kimi amilləri nəzərə alıb.
Müəllif: Elmir Murad

Bütün xəbərlər