Azərbaycandan 2 ayda bu qədər azot ixrac edilib   

15:27 - 27.03.2023


 27 mart, Fineko/abc.az.   2023-cü ilin yanvar-fevral aylarında Azərbaycandan 18 milyon 351.96 min dollar dəyərində 59 min 654.78 ton azot gübrəsi ixrac edilib.

ABC.AZ Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici məbləğ baxımından 37.7% və ya 11 milyon 91.53 min dollar azalıb, həcm baxımından isə 23.9% və ya 11 min 495 ton artıb.

Qeyd edək ki, ixrac olunan azot gübrəsinin həcminin artıb, dəyərinin azalması ixrac qiymətinin kəskin enməsi hesabına olub. Belə ki, ötən ilin yanvar-fevral aylarında azot gübrəsinin hər tonunun orta ixrac qiyməti 608.7 dollara bərabər olubsa, cari ilin yanvar-fevral ayında bu qiymət 50% azalaraq 304.8 dollar təşkil edib.

Bütün xəbərlər