"Milla"nın yararsız dondurmaları məhv edildi

17:11 - 27.03.2023


27 mart, Fineko/abc.az.   Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlaka yararsız qida məhsullarını məhv edib.

Bu barədə ABC.AZ-a AQTA-dan məlumat verilib.

Bildirilib ki, istehlaka yararsız və istifadə müddəti bitmiş qida məhsullarının məhv edilməsi ilə bağlı Agentliyə daxil olan müraciət əsasında “Milla Dairy" MMC-yə məxsus 7 adda, 13,125 ton müxtəlif növ dondurma məhsulu, “Sun Food" MMC-yə məxsus ümumi çəkisi 59,92 ton müxtəlif növ qida məhsulu “EkoSum” MMC-nin tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib.

Bütün xəbərlər