09:29 - 28.03.2023
28 mart, Fineko/abc.az. Ötən ilin dekabr ayında ölkədə ilk 5G şəbəkəsini bir sıra smartfon modelləri üçün sınaq rejimində təqdim edən Azercell, artıq Apple şirkəti ilə də bu istiqamətdə əməkdaşlığa imza atır. Lider mobil operator 5G texnologiyasını iPhone istifadəçiləri üçün də əlçatan edir.
Azercell-in şəbəkə keyfiyyətinin yoxlanılmasını və müvafiq test işlərini yekunlaşdıran texnologiya nəhəngi, mart ayının 28-dən etibarən ölkədə 5G dəstəkli proqram təminatını istifadəyə verir.
Azercell abunəçiləri bütün Fəvvarələr Meydanı boyu smartfonlarının ekranında *595#YES yığmaqla 5G texnologiyasını sınaqdan keçirə bilərlər.
Beşinci nəsil simsiz rabitə şəbəkəsi 1Gb/s.-ə qədər daha yüksək yükləmə sürəti, ultra-aşağı ləngimə, daha yüksək etibarlılıq, geniş şəbəkə tutumu və daha mükəmməl istifadəçi təcrübəsini təmin edir.
Qeyd edək ki, hazırda 5G şəbəkəsi öz tətbiqini daha çox böyük sənaye şirkətlərində taparaq avadanlıqların uzaqdan idarə edilməsi, məsafədən asılı olmayaraq məlumat bazasına ani giriş imkanının təqdim edilməsi üçün istifadə edilir. 5G yerli biznes və sənayelərdə innovativ həllərin sayını mühüm dərəcədə artırmaqla yanaşı, ucdan-uca müştəri təcrübəsi üçün də daha geniş imkanlar yaradacaq.
Qeyd edək ki, 5G texnologiyasının istehlakçı seqmentində uğurlu tətbiqi üçün imkanlar dünya miqyasında araşdırılır. Bu texnologiyanın təqdim etdiyi sərhədsiz imkanlar əsasında istifadəçilər üçün perspektivli və innovativ həllər hazırlanır.
Bu gün Azərbaycan istehsalçı olaraq həm tranzit ölkələr, həm də istehlakçılar üçün daha təhlükəsiz şərait yaradıb. Bu gün enerji təhlükəsizliyi milli təhlükəsizliyə bərabərdir və hətta milli təhlükəsizlik gündəliyində ən başlıca yeri tutur.
31 May 2023
Azərbaycanın 2023-cü il üzrə dövlət büdcəsindən mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyətlə bağlı ayırmalar 10,879 milyon manat və yaxud 1,9 % azaldılaraq 561,709 milyon manatdan 550,83 milyon manata endirilir.
31 May 2023
Azərbaycanın 2023-cü il üzrə dövlət büdcəsindən ümumi dövlət xidmətləri ilə bağlı ayırmalar 316,254 milyon manat və yaxud 8,3% artırılaraq 3 milyard 808,23 milyon manatdan 4 milyard 124,484 milyon manata çatdırılır.
31 May 2023
31 May 2023
31 May 2023
31 May 2023
31 May 2023
31 May 2023
31 May 2023
31 May 2023
31 May 2023
30 May 2023
30 May 2023
30 May 2023
30 May 2023