Bitki və heyvan mənşəli piylər və yağların idxalında azalma olub

10:02 - 28.03.2023


28 mart, Fineko/abc.az. Yanvar-fevral aylarında 15,7 min ton bitki və heyvan mənşəli piylər və yağlar idxal edilib.

Bu barədə ABC.AZ Dövlət Gömrük Komitəsinə istinadla xəbər verir.

Bildirilir ki, idxal edilən bitki və heyvan mənşəli piylər və yağların dəyəri 24 milyon dollar olub. Xatırladaq ki, 2022-ci ilin yanvar-fevral aylarında dəyəri 49,4 milyon dollar olmaqla 31,9 min ton bitki və heyvan mənşəli piylər və yağlar idxal edilib.
Hesabat dövründə 1715 ton bitki və heyvan mənşəli piylər və yağlar ixrac edilib. İxrac edilən bitki və heyvan mənşəli piylər və yağların dəyəri 3,5 milyon dollar olub. 2022-ci ilin eyni dövründə dəyəri 4,5 milyon dollar olmaqla 2656 ton bitki və heyvan mənşəli piylər və yağlar ixrac edilib.

Bütün xəbərlər