Sahibkarlar binaları niyə mərkəzdə tikməyə üstünlük verirlər?

10:12 - 28.03.2023


28 mart, Fineko/abc.az.  Araşdırmalar göstərir ki, şəhər kənarındakı ərazilər şəhər mərkəzindəki ərazilərdən daha likvitdir, yəni o ərazilərdə tikilən mənzillər daha tez satılır və tikinti şirkətlərinin inşa əmlakı daha tez satmaq və qısamüddətli dövrdə mənfəət götürüb, başqa layihələrə sərf etmək imkanları yarana bilər”.

ABC.AZ Kommersant.az-a istinadən xəbər verir ki, bu sözləri əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı tikiniti şirkətlərinin daha çox şəhər mərkəzinə maraq göstərməsinin səbəblərindən danışarkən qeyd edib. Ekspert bildirib ki, bizdə tikinti şirkətləri daha çox şəhərin mərkəzinə maraq göstərirlər. Bu da mənfəət marjasının yüksək olması səbəbi ilə atılan addımlardır:

“Mərkəzdən kənarda inşa edilən binalarda əgər mənfəət marjası 25-30 faizdirsə, şəhər mərkəzinə yaxınlaşdıqca bu 35, 40, 50 və daha yuxarı rəqəmə qədər dəyişə bilir. Tikinti şirkətləri uzunmüddətli dövrdə də olsa, daha çox gəlir götürüb, daha çox mənfəət əldə etmək məqsədi ilə şəhər mərkəzinə üstünlük verirlər. Burada tikinti şirkətlərinin kifayət qədər kənar maliyyə resurlslarına malik olması da əsas amillərdən biridir. Bizdə Mənzil Tikinti Korperativlərin əksər hissəsi, xüsusilə mərkəz və mərkəzə yaxın ərazilərdə tikinti aparan şirkətlərin əksəriyyəti kifayət qədər kənar maliyyə resurslarına malikdir. Onlar dövriyyə vəsaitlərindən asılı deyillər. Mənzilin satılıb və ya satılmaması onlarda narahatlıq yaratmır. Nəzərə alaq ki, mərkəz və eyni zamanda kənar ərazilərdə qiymətlər sürətlə dəyişir. Onlar düşünür ki, eybi yox, gec satılsa da, qiymətlər bahalaşır və daha çox mənfəət əldə edilə bilər”.

Bütün xəbərlər