10:12 - 28.03.2023
28 mart, Fineko/abc.az. Araşdırmalar göstərir ki, şəhər kənarındakı ərazilər şəhər mərkəzindəki ərazilərdən daha likvitdir, yəni o ərazilərdə tikilən mənzillər daha tez satılır və tikinti şirkətlərinin inşa əmlakı daha tez satmaq və qısamüddətli dövrdə mənfəət götürüb, başqa layihələrə sərf etmək imkanları yarana bilər”.
ABC.AZ Kommersant.az-a istinadən xəbər verir ki, bu sözləri əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı tikiniti şirkətlərinin daha çox şəhər mərkəzinə maraq göstərməsinin səbəblərindən danışarkən qeyd edib. Ekspert bildirib ki, bizdə tikinti şirkətləri daha çox şəhərin mərkəzinə maraq göstərirlər. Bu da mənfəət marjasının yüksək olması səbəbi ilə atılan addımlardır:
“Mərkəzdən kənarda inşa edilən binalarda əgər mənfəət marjası 25-30 faizdirsə, şəhər mərkəzinə yaxınlaşdıqca bu 35, 40, 50 və daha yuxarı rəqəmə qədər dəyişə bilir. Tikinti şirkətləri uzunmüddətli dövrdə də olsa, daha çox gəlir götürüb, daha çox mənfəət əldə etmək məqsədi ilə şəhər mərkəzinə üstünlük verirlər. Burada tikinti şirkətlərinin kifayət qədər kənar maliyyə resurlslarına malik olması da əsas amillərdən biridir. Bizdə Mənzil Tikinti Korperativlərin əksər hissəsi, xüsusilə mərkəz və mərkəzə yaxın ərazilərdə tikinti aparan şirkətlərin əksəriyyəti kifayət qədər kənar maliyyə resurslarına malikdir. Onlar dövriyyə vəsaitlərindən asılı deyillər. Mənzilin satılıb və ya satılmaması onlarda narahatlıq yaratmır. Nəzərə alaq ki, mərkəz və eyni zamanda kənar ərazilərdə qiymətlər sürətlə dəyişir. Onlar düşünür ki, eybi yox, gec satılsa da, qiymətlər bahalaşır və daha çox mənfəət əldə edilə bilər”.
Bu gün Azərbaycan istehsalçı olaraq həm tranzit ölkələr, həm də istehlakçılar üçün daha təhlükəsiz şərait yaradıb. Bu gün enerji təhlükəsizliyi milli təhlükəsizliyə bərabərdir və hətta milli təhlükəsizlik gündəliyində ən başlıca yeri tutur.
31 May 2023
Azərbaycanın 2023-cü il üzrə dövlət büdcəsindən mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyətlə bağlı ayırmalar 10,879 milyon manat və yaxud 1,9 % azaldılaraq 561,709 milyon manatdan 550,83 milyon manata endirilir.
31 May 2023
Azərbaycanın 2023-cü il üzrə dövlət büdcəsindən ümumi dövlət xidmətləri ilə bağlı ayırmalar 316,254 milyon manat və yaxud 8,3% artırılaraq 3 milyard 808,23 milyon manatdan 4 milyard 124,484 milyon manata çatdırılır.
31 May 2023
31 May 2023
31 May 2023
31 May 2023
31 May 2023
31 May 2023
31 May 2023
31 May 2023
31 May 2023
30 May 2023
30 May 2023
30 May 2023
30 May 2023