Dövlət satınalmalarının ümumi məbləği 26%-ə yaxın artıb

10:37 - 28.03.2023


28 mart, Fineko/abc.az.  Bu ilin yanvar-fevral aylarında Azərbaycanda dövlət satınalmalarının ümumi məbləği 1 119,4 milyon manat təşkil edib.

ABC.AZ xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli “Tvitter” hesabında bildirib.

Onun sözlərinə görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 25,7 % çoxdur.

Bütün xəbərlər