Gürcüstan bu tarixdən Azərbaycanla quru sərhədlərini açır

10:58 - 28.03.2023


28 mart, Fineko/abc.az.  Artıq bir müddətdir ki, Gürcüstan mediasında Azərbaycanın quru sərhədlərinin açılacağı ilə bağlı məlumatlar yer alıb. Koronavirus pandemiyası səbəbindən bağlanan sərhədlərin mayın 1-dən etibarən açılacağı deyilir. 

ABC.AZ xəbər verir ki, bu barədə məlumat Gürcüstanın “BusinessPressNews” saytında dərc olunub. Yazıda qeyd edilib ki, mayın 1-dən etibarən Azərbaycanın qonşu dövlətlərlə, o cümlədən Gürcüstanla quru sərhədlərini açacağı gözlənilir.

Yayılan məlumatlar Azərbaycanda həm mətbuatda, həm də sosial mediada geniş müzakirələrə səbəb olub. Gürcü mətbuatı Azərbaycanla sərhədlərin açılacağı xəbərini ölkə rəsmilərinə istinadən yayıb.

Artıq ötən gün Nazirlər Kabineti xüsusi karantin rejimində bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı qərar verib. Bu gündən etibarən hava nəqliyyatı vasitəsilə bütün xarici ölkə vətəndaşlarının və həmin ölkələrdə daimi yaşayan digər ölkə vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin Azərbaycana giriş-çıxışına icazə verilib. Həmçinin xarici ölkə vətəndaşlarının ölkəyə giriş və çıxışı zamanı COVID-19 pasportu ilə bağlı tələb ləğv edilib.

Bütün xəbərlər