11:16 - 28.03.2023
28 mart, Fineko/abc.az. 2023-cü ilin yanvar-fevral ayları ərzində Azərbaycanda avtomobillərin icbari sığortası (NVSMMİS) üzrə yığımlar 23 milyon 457.9 min manat təşkil edib.
ABC.AZ Mərkəzi Banka istinadən xəbər verir ki, bu göstərici 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 64.2% və ya 9 milyon 175.4 min manat çoxdur. Belə ki, 2022-ci ilin yanvar-fevral aylarında 14 milyon 282,5 min manat sığorta haqqı toplanıb.
Bu dövrdə avtomobillərin icbari sığortası üzrə ödənişlərin həcmi 17 milyon 206.3 min manat olub ki, bu da ötən ilin eyni dövrünə nisbətən 30% və ya 3 milyon 975.9 min manat çoxdur. 2022-ci ilin yanvar-fevral aylarında bu sığorta növü üzrə ödənişlərin həcmi 13 milyon 230.4 min manata bərabər olub.
Sığorta ödənişlərinə nisbətən yığımların daha çox artması son bir ildə NVSMMİS üzrə zərərliliyi 20.8% azaldıb. Belə ki, ötən ilin ilk iki ayında sığorta şirkətləri bu sığorta üzrə topladıqları hər 100 manatdan 92.6 manatını ödənişə yönəltmişdirsə, cari ilin ilk iki ayında bu rəqəm 73.3 manata enib.
Bu gün Azərbaycan istehsalçı olaraq həm tranzit ölkələr, həm də istehlakçılar üçün daha təhlükəsiz şərait yaradıb. Bu gün enerji təhlükəsizliyi milli təhlükəsizliyə bərabərdir və hətta milli təhlükəsizlik gündəliyində ən başlıca yeri tutur.
31 May 2023
Azərbaycanın 2023-cü il üzrə dövlət büdcəsindən mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyətlə bağlı ayırmalar 10,879 milyon manat və yaxud 1,9 % azaldılaraq 561,709 milyon manatdan 550,83 milyon manata endirilir.
31 May 2023
Azərbaycanın 2023-cü il üzrə dövlət büdcəsindən ümumi dövlət xidmətləri ilə bağlı ayırmalar 316,254 milyon manat və yaxud 8,3% artırılaraq 3 milyard 808,23 milyon manatdan 4 milyard 124,484 milyon manata çatdırılır.
31 May 2023
31 May 2023
31 May 2023
31 May 2023
31 May 2023
31 May 2023
31 May 2023
31 May 2023
31 May 2023
30 May 2023
30 May 2023
30 May 2023
30 May 2023
30 May 2023