Azərbaycanda sabah faiz dəhlizinin parametrlərinə dair qərar açıqlanacaq

11:29 - 28.03.2023


28 mart, Fineko/abc.az. Martın 29-da Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin faiz dəhlizinin parametrlərinə dair növbəti qərarı açıqlanacaq.

 ABC.AZ xəbər verir ki, bu barədə Mərkəzi Bank məlumat yayıb.
 
Xatırladaq ki, fevralın 1-dən Azərbaycanda uçot dərəcəsi 0,25 faiz bəndi artırılaraq 8,25 %-dən 8,5 %-ə, faiz dəhlizinin aşağı həddi 0,5 faiz bəndi artırılaraq 6,25 %-dən 6,75 %-ə, yuxarı həddi isə 0,25 faiz bəndi artırılaraq 9,25 %-dən 9,5 %-ə çatdırılıb.

Bütün xəbərlər