“Apple” alış-verişi hissə-hissə ödəməyə imkan verən xidməti istifadəyə verdi

11:12 - 29.03.2023


29 mart, Fineko/abc.az. “Apple” alış-verişi hissə-hissə həyata keçirməyə imkan verən “Pay Later” xidmətini işə salıb.

ABC.AZ xəbər verir ki, bu barədə məlumat “Forbes” jurnalında dərc edilib.

“Pay Later” istifadəçilərə alışlara 50-1000 ABŞ dolları arasında pul xərcləməyə və ödənişi dörd hissəyə bölməyə imkan verir. Ödəniş etmək vaxtı gəldikdə, xidmət istifadəçiyə bildiriş göndərir.

Hələki “Pay Later” xidməti iPhone (iOS 16.4) və iPad (iPadOS 16.4) cihazlarında və yalnız ABŞ-da mövcuddur. “The Verge”nin qeyd etdiyi kimi, ilk dəfədir ki, “Apple” məsələnin maliyyə tərəfi özü ilə məşğul olacaq – əməliyyatlar “Apple”ın yeni törəmə şirkəti olan “Apple Financing LLC”dən keçəcək.

Bütün xəbərlər