Azərbaycanda "ağıllı kənd"lərin yaradılması ilə işləri genişləndirəcəyik – Dünya Bankı rəsmisi

11:34 - 29.03.2023


29 mart, Fineko/abc.az. Azərbaycanda "ağıllı kənd"lərin yaradılması ilə bağlı işləri genişləndirəcəyik.

ABC.AZ Apa-ya istinadən xəbər verir ki, bunu  Dünya Bankının Azərbaycan üzrə meneceri Sara Maykl deyib.

O bildirib ki, "Ağıllı kənd"lər həm Avropa Birliyinin, həm də Dünya Bankının digər ölkələrlə yanaşı Azərbaycanda diqqət mərkəzində olan sahələrdən biridir.

"Bir neçə il əvvəl Azərbaycanda "ağıllı kənd"lər proqramının hazırlanması üçün araşdırma aparmışıq. Bütün ölkəboyu "ağıllı kənd"lərin salınması üçün lazım olan fəaliyyət və sərmayələri araşdırmağa, ölkənin buna hazırlıq səviyyəsini öyrənməyə çalışmışdıq. İndi isə Azərbaycan Çevik Texniki Yardım Alətinin icrası (AZTAF) layihəsi çərçivəsində ağıllı kəndlərin yaradılması üçün araşdırmalarımızı daha da genişləndirəcəyik. Kəndlərin ağıllı olması üçün lazım olan istiqamətlər, infrastruktur, eyni zamanda hansı sosial xidmətlərin yaradılmasına ehtiyac olduğunu müəyyən edəcəyik" - Sara Maykl əlavə edib.

Bütün xəbərlər