Antraktidanın qəribə tapıntıları/Foto

21.06.2018,13:45


21 iyun, Fineko/abc.az.  Antraktidaya insan ilk olaraq 1820-ci ildən ayaq basmağa başlayıb və o dövrdən etibarən bu kontinent dünyanın ən sirli məkanlarından biri hesab edilir. Gizli hərbi baza haqqında şayələr, 3-cü reyx, itmiş ekspedisiyalar haqqında qəribə hekayələr və hətta yad planentlilər haqqında rəvayətlər və s....

Bəs, əslində qalın buz qatıyla örtülü bu materik nələri gizli saxlayır?

Sirli qədim meteorit:

2015-ci ildə NASA alimləri Antraktidada on üç min illik tarixə malik meteorit tapdılar. Məlum oldu ki, o bura Marsdan düşüb və daxilində Qırmızı planetə məxsus mikroblar hələ də var.

Uzunsov kəllə sümükləri:

Qazıntılar zamanı Antraktidanın Lapail bölgəsində uzunsov kəllə sümükləri aşkar ediblər. Bu bütün dünyanın təəcübünə səbəb olmuşdu. Təəcübə səbəb skeletin quruluşundan daha çox, burda tapılması idi.  Belə ki, bu tapıntılara qədər hesab olunurdu ki, Antraktidaya əvvəllər  insan ayağı dəyməyib.

Dinozavrların qalıqları:

1990-cı illərin əvvəllərində alimlər Antraktidada dinozavr qalıqlarını tapdılar. Arxeoloqların rəyinə görə, bu qalıqların 200 mln ildən çox yaşı var. Bu fakt antraktidada əvvəllər isti iqlimin göstəricisidir.

Piramidalar:

Antraktida ərazisində Misir piramidalarına bənzər piramidalar mövcuddur. Bu fakt belə bir qənaətə gəlməyə əsas verir ki, nə vaxtsa xüsusi protosivilizasiya Antraktidada yaranıb və buradan dünyaya yayılıb.

Daşlaşmış qalıqlar:

2009-cu ildə arxeoloqlar buzlaşıb daşlaşmış qəribə yumurta qoyan canlı tapıblar. Ölçücə bu canlı müasir pişik böyüklüyündədir. Alimlər hesab edirlər ki, bu canlı böyük ehtimalla Afrikadan Antraktidadaya qlobal istiləşmə ilə bağlı miqrasiya edib.

“Qanlı” Şəlalə:

Teylor buzlağında qəribə qan-qırmızı rəngli maye axır. Suya qırmızı rəngi tərkibindəki yüksək miqdarda olan dəmir 2 oksid verir. Suyun mənbəyi isə bir neçə km məsafədə yerləşən üzəri buzla örtülmüş göldür.  Qanlı şəlalədə su heç vaxt donmur. Çünki suda duzluluq adi dəniz suyundan belə 4 dəfə çoxdur.

Qorxulu canlı:

Antraktidanın 342 m dərinlikdə amerika tədqiqatçıları qorxunc canlı cəsədinə rast gəliblər. Bu canlı indiyədək bəşəriyyətə məlum olan heç bir canlıya bənzəmir. Qabaran çənə, sümük çıxıntları ilə örtülmüş bədən və qəribə quruluşu alimləri çaşdırır.

Buz altında göl:

Tədqiqatçılar lk dəfə Rossa buzlağının 700 m dərinliyində yeraltı göl aşkar ediblər.  Sonradan məlum oldu ki, belə göllərin sayı Antraktidada 140-dan çoxdur. Gölün donmamasına səbəb yerin mantiya qatının geotermal axıntıları hesabınadır. Heç vaxt işıq olmayan qalın buz qatının altında elmə məlum olmayan soyuğa davamlı xüsusi bakteriyalar aşkar edilmişdir.

Quru vadi:

Dünyada ən quru iqlim Antraktidada - quru vadidədir. Bura 2 mln ildir ki, yağıntı düşməyib. İqlimin belə quruluğuna səbəb 320 km/saat sürətlə əsən küləklərdir. Bu sürət yerdə mövcüd olan ən böyük sürətdir və bütün nəmişliyi apardığı üçün materikin bu hissəsinə 8 mln ildir ki, qar yağmır. Ekstrimal iqlimi ilə əlaqədar NASA kosmik “Viking” aparatlarının sınaqlarını burada aparır.