Dolların məzənnəsi valyuta hərracı nəticəsində dəyişmədi

14:04 - 21.06.2018


21 iyun, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) növbəti valyuta hərracı keçirib.

“İyunun 21-də Mərkəzi Bankda Dövlət Neft Fondunun  iştirakı ilə hərrac keçirilmişdir. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşmışdır”, - məlumatda belə deyilir.

İyunun 20-də keçirilmiş daha əvvəlki valyuta hərracında ortaçəkili məzənnə həmçinin bir dollara 1,7000 manat təşkil etmişdir.

 

 

Bütün xəbərlər