Azərbaycanda neçə İsrail şirkəti var?

14:42 - 29.03.2023


29 mart, Fineko/abc.az. Azərbaycanda 140-a qədər İsrail şirkəti fəaliyyət göstərir.

ABC.AZ Apa-ya istinadən xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov israilli həmkarı Eli Kohenlə görüşdən sonra mətbuata birgə bəyanatında bildirib.

“İki ölkə arasında birbaşa uçuşların açılması əlaqələrimizə daha da töhfə verib. Aprelin 19-da Bakıda Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birgə Komissiyanın iclası keçiriləcək. Əminəm ki, bu iclas bizim səmərəli əməkdaşlığımıza töhfə verəcək. Azərbaycan və İsrail arasında kənd təsərrüfatı, su idarəçiliyi sahəsində əməkdaşlıq var. Elm, təhsil, mədəniyyət, turizm sahəsində əməkdaşlığımız dərinləşir”, - Ceyhun Bayramov deyib.

Nazirin sözlərinə görə, İsrail Azərbaycandan xam neft idxal edir ki, bu da ölkənin idxalının 30 faizini təşkil edir: “Azərbaycanın zəngin “yaşıl enerji” resursları var. İsrailin inkişaf etmiş texnologiyasının bu potensial üzərində işləməsi imkanları böyükdür”.

Bütün xəbərlər