AB-dən “Rəqəmsal Şengen vizası” ilə bağlı razılıq

14:51 - 29.03.2023


29 mart, Fineko/abc.az. Avropa İttifaqı Şengen vizalarını pasportlarda çap etmək əvəzinə rəqəmsallaşdırmaq istiqamətində daha bir addım atıb.

ABC.AZ xəbər verir ki, Avropa Şurasına daxil olan üzv dövlətlərin səfirləri Şengen vizalarının rəqəmsallaşdırılması üçün zəruri olan danışıqlar mandatı barədə razılığa gəliblər. Beləliklə, Şura rəqəmsal Şengen vizasına keçidlə bağlı Avropa Parlamenti ilə yekun hüquqi mətn üzrə danışıqlara başlaya biləcək.

Aİ Komissiyasının 2022-ci ilin aprelində vizaların rəqəmsallaşdırılması təklifi hazırda pasportlara yapışdırılmış Şengen vizalarının rəqəmsal verilməsini nəzərdə tutur.

Təklif qanuna çevrilərsə, Şengen vizası üçün müraciətlər də rəqəmsal onlayn şəkildə həyata keçiriləcək. Bunun üçün “viza müraciət platforması” yaradılacaq. Bütün sənədlər bu veb-saytda rəqəmsal olaraq yüklənəcək və viza rüsumları internet saytında ödəniləcək.

Bütün xəbərlər