Azərbaycanda İran İslam Respublikasının Mədəniyyət Günləri keçiriləcək

21.06.2018,14:28


21 iyun, Fineko/abc.az.  “Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə İran İslam Respublikasının Mədəniyyət və İslami İrşad Nazirliyi arasında 2018 – 2021-ci illər üçün Mədəni Mübadilə Proqramı”na əsasən 27 iyun - 1 iyul 2018-ci il tarixində Azərbaycan Respublikasında İran İslam Respublikasının Mədəniyyət Günlərinin keçirilməsi planlaşdırılmışdır. Tədbir çərçivəsində İran İslam incəsənət ustalarının iştirakı ilə konsertlərin, sərgilərin keçirilməsi, film və teatr tamaşalarının nümayişi nəzərdə tutulmuşdur. İran İslam Respublikasının Mədəniyyət Günləri iki ölkə arasında qarşılıqlı mədəni əməkdaşlığın inkişafına, incəsənət ustalarının və insanların bir-birini daha yaxından tanımasına, sıx ünsiyyət qurulmasına, İranın mədəni nailiyyətlərinin Azərbaycan sənətsevərlərinə təqdim edilməsinə, təcrübə mübadiləsinin genişlənməsinə  xidmət edəcəkdir.

Mədəniyyət Günləri çərçivəsində İran İslam Respublikasının Mədəniyyət və İslami İrşad naziri doktor Seyid Abbas Salehinin başçılığı altında İranın tanınmış mədəniyyət və incəsənət xadimlərindən ibarət geniş tərkibli nümayəndə heyəti ölkəmizə səfərə gələcəkdir.