Almaniyanın bu qədər dövlət borcu var

16:34 - 29.03.2023


29 mart, Fineko/abc.az. Almaniyanın dövlət borcu 2022-ci ildə 2% (46,1 milyard avro) artaraq 2 trilyon 367,3 milyard avroya çatıb.

ABC.AZ xəbər verir ki, Almaniya Federal Statistika İdarəsi (Destatis) məlumat yayıb.

“Destatis”, artımın əsas səbəbi kimi “Covid-19” böhranının mənfi təsirlərinin və mövcud enerji böhranının yaratdığı maliyyə ehtiyaclarını göstərib.

Beləliklə, 3 illik epidemiya və Rusiya-Ukrayna müharibəsi ilə başlayan enerji böhranından sonra Almaniya rekord səviyyədə borcla üz-üzə qalıb.

Adambaşına düşən dövlət borcu 27 906 avrodan 28 155 avroya yüksəlib.

Sözügedən dövr ərzində federal dövlət borcu 71,9 milyard avro artaraq 1 trilyon 620,4 milyard avroya çatıb.

 

Bütün xəbərlər