Azərbaycanda tikinti materialları istehsalı artıb, ya azalıb?

10:52 - 30.03.2023


30 mart, Fineko/abc.az. Azərbaycanda bu ilin yanvar-fevral aylarında tikinti materiallarının istehsalı 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 35,1% artaraq 134,6 milyon manat təşkil edib.

ABC.AZ xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Dövr ərzində əhəng istehsalı 2,7 dəfə, tikinti gipsinin istehsalı 2,4 dəfə, sement klinkerlərinin istehsalı 32%, beton istehsalı isə 11% artıbdır.

 

Bütün xəbərlər