Bakıda ictimai iaşə dövriyyəsinin həcmi artıb

11:08 - 30.03.2023


30 mart, Fineko/abc.az. Bu ilin yanvar-fevral aylarında Bakıda ictimai iaşə dövriyyəsinin həcmi 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 30,1% artaraq 148,3 milyon manat olub.

ABC.AZ Bakı şəhər Statistika İdarəsinə istinadən xəbər verir ki, hüquqi şəxslər tərəfindən ictimai iaşə dövriyyəsi 126,1 milyon manat olmuşdur ki, bu da, ümumi dövriyyənin 85%-ini təşkil edib.

Bütün xəbərlər