Bu ölkələrlə quru sərhədlərimiz açılır - Tarix bilindi

11:15 - 30.03.2023


30 mart, Fineko/abc.az. Azərbaycanın Gürcüstan və Türkiyə ilə quru sərhədlərinin mayın 1-dən açılacağı iddia edilir.

ABC.AZ xəbər verir ki, etibarlı mənbənin Globalinfo.az-a verdiyi məlumata görə, mayın 1-dən etibarən bu iki ölkə ilə quru sərhədlərin açılması gözlənilir.

Ekspertlər hesab edirlər ki, bu addım yay mövsümünün gəlməsi ilə əlaqədar atılır. Belə ki, yüksək qiymətə satılan aviabiletlər hər kəsə əlçatan olmadığı üçün belə bir qərarın verilməsi gözlənilir.

Məlumatın hələ rəsmən təsdiqlənmədiyi qeyd edilisə də, artıq bu barədə müvafiq işlərə başlanıldığı deyilir.

Bütün xəbərlər