Mərkəzi Bank Bank sədrlərini ağac əkməyə məcbur edir?

11:28 - 30.03.2023


30 mart, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı maliyyə sektorunda işlərini “normallaşdırdı”, qaldı ağac əkməyi. Onu da ötən günlərdə həyata keçirərək bu missiyasını da başa vurdu.

ABC.AZ Kommersant.az-a istinadən xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ağac əkməmək üçün demək olar ki, bütün iri şirkətləri Korporativ Sosial Məsuliyyət çərçivəsində ağac əkməyə məcbur edir. Bu gözəl layihədir, amma işin içinə məcburiyyət girəndə biraz təəssüf hissi doğurur.

O ki qaldı AMB-yə o da etmə-eləmə ərincəklik bütün banklara zəng et ki, bəs sədrlərin də ağacəkmə aksiyasında iştirakı məcburidir.

Bankın işi-gücü bitti, sədrin bankda görüləcək heç bir işi qalmadı ki, günün birinci yarısı, həftənin iş günündə ağac əksin?! Özü də Müşfiqabad qəsəbəsində yerləşən adı da bəlli olmayan ərazidə.

AMB-nin banklara belə ucuz təzyiqləri yolverilməzdir. ETSN və AMB tərəfləri arasında imzalanan memorandumun qurbanına çevirlmələri və bu işin məcburiyyət olması utancvericidir. Bəlkə də AMB xeyriyyəçilik işlərini gözəl və uğurlu hesab edə bilər, amma işin içərisində məcburiyyət varsa, Allaha edilən dua belə zülmə çevrilir.

Bütün xəbərlər