“Baksol” yolunda nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

14:58 - 30.03.2023


30 mart, Fineko/abc.az. 2 aprel saat 08:00-dan saat 22:00–dək Bakı şəhəri, Nərimanov rayonu, “Baksol” yolunda dəmir yolu xətti üzərində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən ABC.AZ-a verilən məlumata görə, sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan vaxt kəsiyində alternativ yollardan istifadə etmələri xahiş olunur.

Bütün xəbərlər