Bankların xalis mənfəəti 45, əməliyyat mənfəəti isə 55 faiz artıb

16:14 - 30.03.2023


30 mart, Fineko/abc.az. 2023-cü ilin yanvar-fevral aylarında Azərbaycanda fəaliyyət göstərən banklar 155,7 milyon manat xalis mənfəət, 250,6 milyon manat məbləğində əməliyyat mənfəəti əldə ediblər.

ABC.AZ Mərkəzi Banka istinadən xəbər verir ki, 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə bankların xalis və əməliyyat mənfəəti müvafiq olaraq 45% və 55% artıb.

Bütün xəbərlər