Peskovun qızının ortağı gəlirlərini kəskin artırıb

17:22 - 30.03.2023


30 mart, Fineko/abc.az. Kremlin mətnuat katibi, eyni zamanda Rusiya prezidenti Vladimir Putinə də yaxınlığı ilə tanınan Dmitri Peskovun qızı Yelizaveta Peskovanın ortağı olan Centrum Moscow bir il ərzində gəlirlərini onlarla dəfə artırıb.

ABC.AZ Rusiya mətbuatına istinadən xəbər verir ki, sözügedən şirkət tədbirlərin təşkili ilə məşğuldur. Rusiyada siyasi və iqtisadi gərginliyin mövcudluğuna baxmayaraq, Peskovun qızına yaxınlığı ilə tanınan şirkət 2022-ci ildə əvvəlki ilə nisbətən 70 dəfə çox gəlir əldə edib.

Qeyd edək ki, 2021-ci ildə 24 min 614 dollar qazanan şirkətin 2022-ci ildə gəlirini 1 milyon 770 min dollara yüksəltdiyi müəyyən edilib.

 

Bütün xəbərlər