17:31 - 30.03.2023
30 mart, Fineko/abc.az. Əlbəttə ki, bu illəri əhatə edən avtomobillərin qiyməti mütləq şəkildə qalxacaq və eyni zamanda alıcılıq qabiliyyətinə mənfi təsir göstərəcək.
ABC.AZ xəbər verir ki, bunu Nazirlər Kabinetinin “İstismar olunan minik avtomobillərinin Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməsinin məhdudlaşdırılması haqqında” qərarını şərh edərkən iqtisadçı Fuad İbrahimov şərh edərkən bildirib.
İqtisadçının sözlərinə görə, bu prosesin həyata keçirlməsində məqsəd də bəllidir:
"Qərarın qəbul edilməsində məqsəd eyni zamanda bir çox kompleks tədbirlərin həyata keçirilməsidir. Bu gün köhnə avtomobillərin ətraf mühitə təsiri ciddi səviyyədədir. Eyni zamanda qəzaların da əksər hallarda baş verməsinə səbəb nasaz avtomobillərin müasir dövrün tələblərinə cavab verməməsidir. Lakin burda məqsəd bu olsa da, təbii ki, qərar bazara, qiymətlərə və alıcılıq qabiliyyətinə təsir edəcək. Statistik məlumatlar hazırda Azərbaycandakı avtoparkın 80 faizindən çoxunu yaşı 10 ildən artıq olan avtomobillərin təşkil etdiyini göstərir. Lakin təsəvvür edin ki, bu gün Azərbaycanda istismar olunan avtomobillərin 80 faizinin bundan sonra ölkəyə gətirlməsinə icazə verilməyəcək. Bu o deməkdir ki, vətəndaşlarımızın alıcılıq qabilliyyəti məhz bu ilə qədər istehsal olunmuş avtomobillərin idxalını təmin edə və stimullaşdıra bilir. Camaatın alıcılıq qabiliyyəti bu səviyyəyə çatır. Belə olduğu halda yaşı 10 ildən çox olan avtomobillərin qiyməti mütləq şəkildə artırılacaq”.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi (QMKİDK) və Dünya Bankı arasında Azərbaycanda Məcburi Köçkünlərin Həyat Şəraitinin Yaxşılaşdırılması Layihəsi üçün 2 milyon ABŞ dolları dəyərində saziş imzalanıb.
2 İyun 2023
2 İyun 2023
2 İyun 2023
2 İyun 2023
2 İyun 2023
2 İyun 2023
2 İyun 2023
2 İyun 2023
2 İyun 2023
2 İyun 2023
2 İyun 2023
2 İyun 2023
2 İyun 2023
2 İyun 2023
2 İyun 2023
2 İyun 2023
1 İyun 2023