Neft ucuzlaşır, Brent bir barel üçün $78,42 təşkil edir

09:35 - 31.03.2023


31 mart, Fineko/abc.az. Neftin etalon markalarının qiyməti əvvəlki gün artdıqdan sonra cümə günü baş tutan hərracda azalır.

Londonun ICE Futures birjasında Brent markalı neftin iyun fyuçerslərinin dəyəri saat 09:33–də $0,18 (0,23%) azalaraq bir barelə $78,42-a düşüb. 30 mart ticarətinin nəticələrinə görə, Brent markalı neftin iyun fyuçersləri $1,01 (1,30%) artaraq bir barelə $78,60-a yüksəldi.

Saat 09:33-də Nyu-York əmtəə birjasının (NYMEX) elektron ticarətində WTI neftinin may fyuçerslərinin qiyməti $0,07 (0,09%) azalaraq bir barelə $74,30-a düşüb. Martın 30-da keçirilən hərracların nəticələrinə görə, WTI neftinin may fyuçerslərinin qiyməti $1,40 (1,92%) artaraq bir barelə $74,37-a çatıb.

Bütün xəbərlər