10:01 - 31.03.2023
31 mart, Fineko/abc.az. Gürcüstan bu ilin yanvarından Azərbaycandan benzin və dizel idxalını dayandırıb.
ABC.AZ xəbər verir ki, bu barədə Gürcüstan Neft Məhsulları İdxalçıları İttifaqının hesabatında bildirilib.
Qeyd olunub ki, cari ilin yanvar-fevral ayları ərzində Gürcüstanın benzin və dizel yanacağı idxalı illik ifadədə 8,4 min ton və ya 4,6% azalaraq 174,1 min ton təşkil edib.
Hesabat dövründə idxal edilən yanacağın 81,8 min tonunu benzin, 92,3 min tonunu isə dizel təşkil edib.
Yanvar-fevral ayları ərzində Gürcüstanın əsas yanacaq tədarükçüsü Rusiya olub.
Hesabat dövründə Rusiyadan 148,5 min ton yanacaq idxal edib ki, bu da ümumi idxalın 85,3%-ni təşkil edib. Gürcüstanın yanacaq idxal etdiyi digər ölkələr isə Rumıniya (26,4 min ton) və Belarus (0,7 min ton), Türkmənistan (0,2 min ton), Ukrayna (0,1 min ton), Bolqarıstan (0,1 min ton) olub.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi (QMKİDK) və Dünya Bankı arasında Azərbaycanda Məcburi Köçkünlərin Həyat Şəraitinin Yaxşılaşdırılması Layihəsi üçün 2 milyon ABŞ dolları dəyərində saziş imzalanıb.
2 İyun 2023
2 İyun 2023
2 İyun 2023
2 İyun 2023
2 İyun 2023
2 İyun 2023
2 İyun 2023
2 İyun 2023
2 İyun 2023
2 İyun 2023
2 İyun 2023
2 İyun 2023
2 İyun 2023
2 İyun 2023
2 İyun 2023
1 İyun 2023
2 İyun 2023