İlon Mask ABŞ-ın pul siyasətini tənqid edib

10:09 - 31.03.2023


31 mart, Fineko/abc.az. ABŞ-da sərt pul-kredit siyasəti xarici ölkələri dollardan imtina etməyə məcbur edir.

ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, bunu İlon Mask “tvit”ində yazıb.

"Hazırki pul siyasəti dövlət xərcləri ilə birləşərək, digər ölkələri çətin vəziyyətə salır və onları bizim inflyasiyanın əhəmiyyətli hissəsini udmağa məcbur edir", - deyə biznesmen “Twitter”də yazıb.

Qeyd edək ki, bu fikri Mask dolların ehtiyat valyuta statusunu itirdiyini deyən maliyyə analitiki Genevieve Roche-Dekte postuna cavab olaraq bildirib.

Bütün xəbərlər