Azərbaycanda bank sektorunda təmərküzləşmə bu səviyyədə olub

10:25 - 31.03.2023


31 mart, Fineko/abc.az. Azərbaycan bank sistemində təmərküzləşmə səviyyəsində (bir, yaxud bir neçə əldə cəmlənməsi) artım tendensiyası müşahidə edilir.

ABC.AZ Mərkəzi Banka istinadən xəbər verir ki, 2022-ci il üzrə Maliyyə Sabitliyində qeyd edilib ki, beynəlxalq təcrübədə geniş istifadə olunan HHI indeksi son illər aktiv və depozitlər üzrə təmərküzləşmədə artım, kreditlər üzrə isə azalma müşahidə edildiyini göstərir.

Bununla belə, 2022-ci ilin sonu üzrə bank sektorunda təmərküzləşmə aktivlər və depozitlər üzrə orta (müvafiq olaraq 1584 və 1819) və kredit portfeli üzrə isə aşağı (982) səviyyədə olub.

Ən böyük 3 bankın sistem üzrə bazar payının dinamikası son illərdə təmərküzləşmənin artdığını göstərir. Belə ki, 2019-cu il ilə müqayisədə ən böyük 3 bankın aktivlər üzrə bazar payı 9 faiz bəndi artaraq 65%, depozit portfeli üzrə bazar payı 13 fai bəndi artaraq 70%, kredit portfeli üzrə bazar payı isə 8 f.b. artaraq 48% olub. Son 3 ildə bank sektoru üzrə təmərküzləşmənin artımı diqqətdə saxlanılır.

Bütün xəbərlər