İki ayda Azərbaycanın 4,5 milyard dollarlıq ixrac həyata keçirib

11:46 - 31.03.2023


31 mart, Fineko/abc.az. “İxrac icmalı”nın mart sayı təqdim olunub.

ABC.AZ-ın məlumatına görə, 2023-cü ilin yanvar-fevral aylarında Azərbaycanın ümumi ixracı 4,5 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə ixrac 651,4 milyon ABŞ dolları təşkil edib.

Məlumatda qeyd edilib ki, qeyri-neft sektoru üzrə ixrac 2022-ci ilin iki ayı ilə müqayisədə 36,6% artıb.

2023-cü ilin yanvar-fevral ayları ərzində spirtli və spirtsiz içkilərin ixracı 6,6 dəfə, şəkər ixracı 78,5%, çay ixracı isə 22,7% artıb.

Bütün xəbərlər