Azərbaycandan iki ayda bu ölkələrə ixrac 19,4 milyon dollar təşkil edib

12:10 - 31.03.2023


31 mart, Fineko/abc.az. 2023-ci ilin yanvar-fevral ayları ərzində Türkiyəyə 273,9 milyon ABŞ dolları, Rusiya Federasiyasına 137,7 milyon ABŞ dolları, Gürcüstana 64,7 milyon ABŞ dolları, Qazaxıstana 19,4 milyon ABŞ dolları və İsveçrə Konfederasiyasına isə 19 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.

ABC.AZ xəbər verir ki, bu barədə “İxrac icmalı”nın mart sayında qeyd edilib.

Məlumatda bildirilib ki, 2023-cü ilin fevral ayının qeyri-neft ixracı 366,9 milyon ABŞ dolları təşkil edib. 2023-cü ilin fevral ayı ərzində yeyinti məhsulları üzrə ixrac 53,4 milyon ABŞ dolları, qeyri-yeyinti məhsulları üzrə isə 313,5 milyon ABŞ dollarına bərabər olub.

Bütün xəbərlər