Fevralda Azərbaycan ən çox hansı ölkələrə ixrac həyata keçirib?

12:24 - 31.03.2023


31 mart, Fineko/abc.az. 2023-cü ilin fevral ayında qeyri-neft sektoruna aid ən çox mal ixrac edilən ölkələrin siyahısında Türkiyə (167,2 milyon ABŞ dolları) birinciliyə yüksəlib.

ABC.AZ xəbr verir ki, bu barədə məlumat  “İxrac icmalı”nın mart sayında təqdim olunub. Belə ki, sözügedən siyahıda Rusiya Federasiyası (69,6 milyon ABŞ dolları) ikinci və Gürcüstan (40,3 milyon ABŞ dolları) üçüncü  olub.

2023-cü ilin fevral ayında ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında elektrik enerjisi (154,8 milyon ABŞ dolları) birinci, ilkin formalı polipropilen (14 milyon ABŞ dolları) ikinci və meşə fındığı (11,5 milyon ABŞ dolları) üçüncü olub.

 

Bütün xəbərlər