“İnvest-Az İnvestisiya Şirkəti”ndə ciddi azalmalar var – Şirkət bağlanacaq?

14:17 - 31.03.2023


31 mart, Fineko/abc.az. “İnvest-Az İnvestisiya Şirkəti”nin əlində olan aktivlərin faiz gəlirliyi (ROA) 2,73 faiz azalıb.

ABC.AZ-ın məlumatına görə, azalma şirkətin açıqladığı hesabatda aydın görünür. Hesabata əsasən, şirkətin cəmi cari aktivlərində də azalma var.

Belə ki, “İnvest-Az”ın əsas göstəricilərində ciddi azalmalar müşahidə olunub.

“İnvest-Az”ın cəmi cari aktivləri 2021-ci ilin sonu ilə müqayisədə 3 milyon 639 min manat və ya 27,54 faiz azalaraq 9 milyon 520 min manata düşüb.

Bu azalmanın səbəbi isə şirkətin pul vəsaitləri və onların ekvivalentlərinin 1 il ərzində 129 min manat və ya 1,34 faiz azalaraq 9 milyon 464 min manata, digər aktivləri isə 3 milyon 510 min manat və ya 98,40 faiz azalaraq 56 min manata enməsidir.

Gəlirləri 4 milyon 960 min manat, xərcləri isə 4 milyon 108 min manat olan 

“İnvest-Az”ın əməliyyat mənfəəti 851 min manat olub. Bu isə 2021-ci ilin sonu ilə müqayisədə 572 min manat azdır.

 

Bütün xəbərlər