Bir ayda Azərbaycan 9,3 milyon ABŞ dolları dəyərində qızıl ixrac edib

15:47 - 31.03.2023


31 mart, Fineko/abc.az. Bu ilin fevral ayında Azərbaycan 9,3 milyon ABŞ dolları dəyərində qızıl ixrac edib.

ABC.AZ xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın mart sayında bildirilir.

Sənədə əsasən, bu, 2022-ci ilin fevral ayı ilə müqayisədə 3,7 milyon ABŞ dolları və ya 28,5 % azdır.

Bu ilin yanvar-fevral ayları ərzində Azərbaycan 15,3 milyon ABŞ dolları dəyərində qızıl ixrac edib ki, bu da 2022-ci ilin 2 aylıq göstəriciləri ilə müqayisədə 5,1 milyon ABŞ dolları və ya 25 % azdır.

Qeyd edək ki, bu ilin yanvar-fevral aylarında Azərbaycanın ümumi ixracı 4,5 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə ixrac 651,4 milyon ABŞ dolları təşkil edib.

Bütün xəbərlər