“Samsung” fevralda liderliyini bərpa edib

17:25 - 31.03.2023


31 mart, Fineko/abc.az. “Samsung” fevral ayında yenidən qlobal smartfon bazarında liderliyini bərpa edib.

ABC.AZ Banker.az-a istinadən xəbər verir ki, bundan əvvəl lider “Apple” olub.

Mənbənin məlumatına görə, indi “Samsung” smartfon bazarının 21.1%-nə sahibdir ki, bu da bir ay əvvəllə müqayisədə 3.5% çoxdur. “Apple”in işləri o qədər də yaxşı getmir – şirkətin bazar payı 20.9%-dən 20.2%-ə düşüb. İlk beşliyi “Xiaomi” (11.5%), “Oppo” (8.9%) və “Vivo” (8.2%) tamamlayır.

“Business Korea”nın məlumatına görə, fevralda dünyada 89.6 milyon smartfon satılıb. Bu, ötən ilin analoji göstəricisindən 15% azdır. ABŞ və Avropada satışlar müvafiq olaraq 4% və 22% azalıb.

Bütün xəbərlər