Azərbaycanda məktəb müəllimlərinin 3,5%-nin əmək haqqı 525 dollar təşkil edir

17:31 - 21.06.2018


21 iyun, Fineko/abc.az. Azərbaycanın Təhsil Nazirliyi biliklərin və bacarıqların diaqnostik qiymətləndirilməsindən sonra müəllimlərin əmək haqqının məbləğini açıqlayıb.

Təhsil Nazirliyinin Təhsil inkişafı proqramları şöbəsinin müdiri Emin Əmrullayev bildirib ki, bu günə kimi diaqnostik qiymətləndirmə prosesindən 140 min müəllim keçib.

"Müəllimlərin əmək haqqı dərs yükündən asılıdır. Hazırda müəllimlərin yalnız 3,5%-i 900 manat (525 dollar) məbləğində maaş alır. Müəllimlərin 10%-nin maaşı manat,   27,1% — 500-700 manat, 35,9%- 300-500 manat və 23,5% təxminən  300 manat təşkil edir", - deyə E.Əmrullayev bildirib.

Azərbaycan Mərkəzi Bank tərəfindən müəyyən ediıən dollar/manat məzənnəsi 1,7 AZN/USD təşkil edir.

 

 

 

Bütün xəbərlər