Azərbaycan vətəndaşları hansı Avropa ölkələrinə viza ala bilir?

15:47 - 4.04.2023


4 aprel, Fineko/abc.az. Azərbaycan vətəndaşları bir sıra Avropa ölkələrinə getmək üçün viza almaqda çətinliklərlə üzləşirlər.

ABC.AZ Report-a istinadən xəbər verir ki, bunu "Azərbaycan Turizm Agentlikləri Assosiasiyası" İctimai Birliyinin Getmə Turizm Komissiyasının rəhbəri Şaiq Məmmədov bildirib.

Onun sözlərinə görə, əksər vətəndaşlar səfirliklərdən, eləcə də onların yaratdığı viza mərkəzlərində xidmət göstərən şirkətlərdən şikayətçidir.

"Məsələn, Macarıstana viza almaq istəyənlərə süni əngəllər yaradılır, onlardan əlavə sənədlər istənilir. Vətəndaş iş yerindən arayış və ban hesabından çıxarış təqdim etdiyi halda, ondan vergi ödənişinə dair arayış, eləcə də alınmış aviabilet tələb olunur. Halbuki, vizanın verilməsi ilə bağlı qeyri-müəyyənlik olduğu üçün aviabiletin bron edilməsi normaldır.

Fransa, İspaniya, İsveç, Belçika, Niderland və Lüksemburqa səfər etmək istəyənlər üçün isə sənədlərin kuryer vasitəsi ilə çatdırılması məcburidir. Viza müraciəti zamanı sənədlərini özü təqdim edən turist viza hazır olduqdan sonra sənədlərini özü götürə bilmir.

Bütün xəbərlər