Bakıdakı İran Bankının əmlakları satışa çıxarıldı

11:07 - 10.04.2023


10 aprel, Fineko/abc.az. İran Milli Bankının (Bank Melli İran) Bakı filialına məxsus əmlaklar satışa çıxarılıb.

ABC.AZ Fed.az-a istinadən xəbər verir ki, söhbət müxtəlif vaxtlarda bankın balansında toplanan yaşayış (mənzil) və qeyri yaşayış sahələridən gedir.

Ümumilikdə satışa 3 mənzil və 6 qeyri-yaşayış obyektləri, o cümlədən «Babək Plaza»da İran Bankına məxsus olan ofis sahələri satışa çıxarılıb.

Bankın satışa çıxardığı mənzillər Bakının mərkəzində, 28 may metrosunun, Çay fabrikinin yaxınlığında, yaxınlığında, Kövkəb Səfərəliyeva küçəsi, ev 42 və 44 ünvanında yerləşən yeni tikilmiş binada yerləşir. Bunlar sahəsi 105 m2 olan 3 otaqlı və sahəsi 164-172 m2 olan 2 ədəd 4 otaqlı mənzillərdir. Mənzillər 18 mərtəbəli binanın 3-4-cü mərtəbələrində yerləşir.

İran bankı təmirsiz mənzillərin kvadratmetrini birdəfəlik 1800 manatdan, kreditlə isə 2100 manatdan satışa çıxarıb. Bank satışı prosesini sürətləndirmək üçün alıcılara kredit də təşkil edir – 30 ilkin ödənişlə qalan məbləğ illik 12% olmaqla 8 illik müddətə kreditlə verilir.

Bütün xəbərlər